Qadın Facebook üstündə ərini bıçaqladı
19
okt
2015
19:00
Türkiyədə Facebook daha bir ailə cinayətinə səbəb olub. BAKU.WS-in məlumatına görə, İstanbul şəhərində yaşayan 35 yaşlı Ayşə E. vaxtının çox vaxtını Facebook-da keçirirmiş. Bu səbəbdən də qadının əri 37 yaşlı Dursun Ölməz hər dəfə ona internetə girməyi irad tuturmuş. Ötən gün isə kişi arvadına birdəfəlik Facebook-a girməyi qadağan edib. Bu səbəbdən ərilə dalaşan Ayşə E. bıçağa əl atıb. O, ərini bir neçə yerdən bıçaqlayıb. Qadın polsi tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə ona 7 il 15 gün azadlıqdan məhrumetmə cəzası verilib. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Facebook-a telefonla girənlərə pis xəbər
Facebook sosial şəbəkəsinə mobil telefonla daxil olmaq qurğunun enerjisini azaldır. BAKU.WS-in məlumatına görə, xüsusilə bu amil "iPhone"ların batareya ömrünə...