SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Qarşıdan gələn Yeni il şənliklərində iştirak edəcək bütün müğənnilərdən, şou-biznes nümayəndələrindən bu tədbirlərdə əldə etdikləri qazanclardan vergi tutulacaq.


BAKU.WS
-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəis müavini, İqtisadi təhlil və proqnozlaşdırma idarəsinin rəisi Fərid Cəbrayıl bildirib. Onun sözlərinə görə, bu məsələyə nəzarət Vergi Məcəlləsinin 161.1 maddəsinə əsasən aparılacaq.

"Qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən olunmuş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin borcudur. Vergilər Məcəlləsinin 24.0.2 maddəsinə əsaəsn, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək isə vergi orqanlarının vəzifəsidir. Əgər nəzarət tədbirləri nəticəsində vergidən yayınma halları aşkar edilərsə, kimliyindən asılı olamyarq, belə şəxslərə qarşı qanunla nəzərdə tutulmuş bütün vasitələrdən istifadə eidləcək”, - deyə Fərid Cəbrayıl vurğulayıb.
 
Ziya Səccad
BAKU.WS