13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Dekabrın 16-ı və 17-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək məşhur Hollivud ulduzu Stiven Siqal bu gün Bakıda ilk məşqini edib.

BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzinin səhnəsində keçirilən məşqdə "Natiq” ritm qrupunun üzvləri də olub. Belə ki, Bakı konsertində Stiven Siqal Azərbaycan ritmlərindən ibarət kompazisiya da təqdim edəcək.

İki gün keçiriləcək konsertdə izləyiciləri digər maraqlı musiqi təqdimatları da gözləyir.

Konsertin biletlərini Mərkəzin kassasından əldə etmək olar.
 

BAKU.WS