49 yaşlı aktyor təcili əməliyyat olundu - Ürəyinə stent qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Aktyor Bülent Şakrak təcili olaraq əməliyyata alınıb.
BAKU.WS xəbər verir ki, buna səbəb aktyorun adi yoxlanış zamanı damarında yüksək dərəcədə tıxanıqlıq aşkarlanması olub.
Uğurlu keçən əməliyyatdan sonra aktyorun səhhətinin yaxşı olduğu bildirilib.
Bülent Şakrak xəstəxanaya gəlişinin tamamilə bir təsadüf olduğunu qeyd edib. Sevgilisinin rutin müayinələri üçün xəstəxanada olduqları vaxt özünün də müayinədən keçdiyini deyən aktyor, heç bir şikayətinin olmadığını vurğulayıb.
Aktyor həkiminin, "Bu, çox kritik bir vəziyyətdir, heç bir şikayətin olmasa belə mütləq müdaxilə edilməlidir" xəbərdarlığından sonra prosesin sürətlə icra olunduğunu bildirib.
Keçirilən əməliyyatla ürəyinə stent taxılan 49 yaşlı aktyor, müalicə mərhələsinin uğurla tamamlandığını açıqlayıb.
"Artıq stentliyəm, amma yaxşıyam" -deyə o bildirib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...