SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın "RUDN University" Şən və Hazırcavablar Komandasının iştirakçısı olan azərbaycanlı Şövqü Əhədov dünya şöhrətli aktyor Ceki Çanı ləzgi rəqsi ("Ləzginka") ifa etməyə vadar edib.

BAKU.WS 
sputnik.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan videoda Əhədov aktyorun çəkildiyi və rəqibi ilə dalaşdığı bir Çin filmindən olan fraqmentdən istifadə edib. 

Bloqger kadrın orijinal versiyasını elə dəyişib ki, sanki aktyor onun işarəsi əsasında hərəkət edir və "ləzginka"nı oynayır. 

"Ceki Çana qalib gəlmək üçün faydalı məsləhətlərimi verirəm. İstənilən qeyri-müəyyən vəziyyətdə rəqs elə" — deyə Əhədov yazıb. 

Qeyd edək ki, Şövqü Əhədov Bakıda doğulub-böyüyüb. Hazırda Moskvada yaşayır və işləyir. O, ŞHK-da fəal iştirak etməklə yanaşı öz bloqunda müxtəlif problemləri əks etdirən yumoristik çarxlar da paylaşır. Tez-tez onun tərəf-müqabilləri rusiyalı məşhurlar olur. 

BAKU.WS