VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanda bir nəfər şəxs bank kartlarından 56 min manat pul mənimsəyib.
 
BAKU.WS-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, bir qrup vətəndaşın etimadını qazanıb onların adına banklardan pul götürmüş Astara rayon sakini C.Əhədov tutulub. 
 
2014-cü ilin avqust ayından dekabr ayınadək olan müddətdə Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinləri Rəziyyə İslamovanın, Tamara Abbasovanın, Həzrətqulu Əliyevin, Gülbəyim Əliyevanın, Xanımnisə Heydərovanın, Yasəmən Əkbərovanın, Sərfinaz Məmmədovanın, Ruhəngiz Əliyevanın, Tərifə Ərəbovanın, Aliyə Əliyevanın, İlahə İbrahimovanın, Minayə Səfərovanın, Rafiq Rəhimovun və Zəka Əliyevin etimadlarını qazanıb onların adına "Kapital bank”dan və "Respublika bank”dan ümumilikdə 29200 manat və 26600 ABŞ dolları götürüb.

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov tutulub.
 
BAKU.WS