VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süni mayalanma yolu ilə ana olacağı xəbərlərilə gündəmi zəbt edən rəqqasə-aktrisa Oksana Rəsulova yenidən qalmaqal yaradacaq paylaşım edib.

BAKU.WS
xəbər verir ki, hamiləliyin son aylarını yaşayan rəqqasə İnstagram səhifəsində əks cinsin nümayəndəsilə əl-ələ tutaraq çəkdirdiyi şəkili izləyicilərilə bölüşüb.

Oksana görüntüyə verdiyi şərhlə həmin əlin sahibinin sevdiyi şəxs olduğunu bildirib: "Nə yaxşı ki, varsan. Həyatımda və qəlbimdəsən".

BAKU.WS-in bir müddət əvvəl əldə etdiyi məlumata görə, Rəsulova yayılan xəbərlərdə deyildiyi kimi süni mayalanma yolu ilə deyil, təbii yolla hamilə qalıb. O, sadəcə əsaslı və ciddi səbəblər üzündən körpəsinin atasının kimliyini gizli saxlayır.

Hətta süni mayalanma yolu ilə ana olacağı xəbərlərinin rəqqasənin özü tərəfindən yayıldığını söyləyənlər də var. Deyilənə görə, o, şəxsi həyatında yaranacaq problemlərin qarşısını almaq məqsədilə bu addımı atıb.

Oksana bu paylaşımı ilə eşitdiklərimizin doğruluğunu təsdiqlədi.
 
Zülfiyyə Qurbanova
BAKU.WS