SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Kərim Abasovun sosial şəbəkədə ona təhqir yazan iki nəfəri hüquq mühafizə orqanlarının köməkliyi ilə tapıb, üzr istətməsi şou nümayəndələri tərəfindən alqışla qarşılanıb. Kərim bunu etməklə sosial şəbəkələrdə təhqirlərə məruz qalan sənət dostlarının hayıfını çıxdığını deməsi, onu həmkarları arasında qəhrəman edib. 

BAKU.WS
xəbər verir ki, aparıcı, şoumen, mahnı yazarı və müğənni Murad Arif bu addımı atdığına görə ictimai şəkildə həmkarına təşəkkür edib:

"Müğənni Kərim, sosial şəbəkədə onu təhqir edən 2 nəfər bığıburmanı tapıb, polis bölməsinə gətizdirib, üzr istədib, kameraya çəkdirib... Əcəb edib! Halal olsun! Şəxsən öz adımdan təşəkkür edirəm Kərimə"! 

Müğənni Nura Suri də eyni addım atdığını bəyan edib və bunu sübut edən görüntüləri təqdim edib. Videonu izlədikdə sosial şəbəkədə özünü "Socar"ın işçisi kimi təqdim edən idman cüssəli kişi polis bölməsində boynu bükük vəziyyətdə üzrxahlıq etdiyinin şahidi oluruq. Kərimdən fərqli olaraq Nura daha humanist davranaraq, üzr istəyən şəxsin kimliyini açıqlamayıb və üzünü görünməz edib.



Kərim Abasovdan üzr istəyən Mahir və Vasif adlı həmin şəxslərin polis bölməsindəki üzrxahlığını təqdim edirik.

Zülfiyyə Qurbanova
BAKU.WS