Canlı efirdə Xalq artisti Nazpəri Dostəliyeva ilə aparıcı Zaur Kamal arasında narazılıq yaşanıb.

BAKU.WS
xəbər verir ki, "5/5" verilişinin dünənki buraxılışı yeni fəxri ad almış Könül Kərimovaya həsr edilib.

Həmkarları növbə ilə efirə qoşularaq Kərimovanı "Əməkdar artist" adına layiq görülməsi münasibətilə təbrik ediblər. Aparıcı Nazpəri xanımla da telefon bağlantısı yaradaraq təbriklərini eşitmək istəyib. Zəngə cavab verən xalq artistinin ilk sözü bu olub: "Mən telefonu Könül xanıma görə açdım".

Zaur Kamal səbəbini soruşduqda, Dostəliyeva sualdan yan keçib. Susaraq Zaurla danışmaq istəmədiyini nümayiş etdirib və Kərimovanı bir daha təbrik edib.

"Nazpəri xanım, bizdən incikliyiniz var idi?" deyə, bir neçə dəfə sualı təkrarlayıb. Cavab almayan aparıcı məsələyə belə aydınlıq gətirib: "Yəqin Nazpəri xanım bizdən efir istəmişdi. Demişdi məni Samir Cəfərovla birlikdə efirə çağır. Bu cür etməsinin bir mənası yox idi".

Zülfiyyə Qurbanova
BAKU.WS