VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artis Röya Ayxan "Analar günü"ndə anasını təbrik edib.

BAKU.WS
-in məlumatına görə, ifaçı anasına ünvanladığı təbriki sosial şəbəkədə paylaşıb:

"Canım anam, bu gün sənin günündqür. Arada yola getmirik, bəlkə də qısqanclıqdandır. Səni məndən savayı üç uşağına qısqanıram. Əsla pis niyyətlə yox! Bilirsən, hər zaman "ay qanmadılar", "onlar balacadırlar, sən böyüksən", "sən anasan, sən bacısan" deməyindəndir. Bəlkə də arada mən də uşaq olmaq istəyimdəndir. Amma bu gün möhkəmliyimi, sağlam ailəmi sənə borcluyam. Qürur mənbəyim, bir daha səni təbrik edirəm".

Müğənninin valideynləri ayrılsalar da, atası ilə anasının birgə fotosunu paylaşıb və bu hərəkətini belə izah edib: "Baymayaraq ayrı yaşayırsız, dedim  birlikdə olan şəklinizi paylaşım. Biz sizi bir yerdə daha çox sevirik".