SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Elgiz Əkbər bu gün "Səhər-səhər" proqramında müğənni Zamiq Hüseynovun onu aldatdığını açıqlayıb.

BAKU.WS
xəbər verir ki, Elgiz Əkbər qonaqlar Xatirə İslam və Nadir Qafarzadə ilə bahalı brend geyimlərdən söz açarkən öz başına gələn hadisəni xatırlayıb.

O, müğənni Zamiq Hüseynovun mağazasından yüksək məbləğə ayaqqabı aldığına peşiman olduğunu dilə gətirib:

"5-6 il əvvəl Zamiqin mağazasında ayaqqabı gördüm. Zamiq mənə dedi ki, bu ayaqqabıdan Azərbaycanda bir dənədir. Çox xoşuma gəldi, aldım. Sonra efirə getdim, bir də gördüm verilişimə hansı müğənni gəlirdi, ayağında mənim ayaqqabımdan görürdüm. Zəng vurdum Zamiqə, dedim məni aldatmısan, pulumu qaytar. Zamiq mənə cavab verdi ki, Elgiz, o ayaqqabıdan Bakıda bir dənə idi, onu da sən almısan. Müğənnilər özləri gedib gətiriblər".

BAKU.WS