13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Axwell Λ Ingrosso DJ qrupu aprelin 28-i axşam saatlarında baş tutacaq Kristina Aqileranın konsertindən sonra səhnəyə çıxaraq avtoidman həvəskarları üçün möhtəşəm gecə bəxş edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) BAKU.WS-ə verilən məlumata görə, İsveçin dünyaya bəxş etdiyi ən məşhur sənətçilərdən və elektronik rəqs musiqisinin aparıcı şəxslərindən olan iki DJ – Axwell və Ingrosso - 2018 Formula 1 Azərbaycan Qran Prisinin ikinci günü əyləncəsevərlərə coşğulu gecə təqdim edəcək.

Sözügedən DJ-lər 28 aprel axşam saatlarında Kristina Aqileranın konsert proqramından sonra səhnəyə çıxaraq Kristal Zala toplaşanları səhər saatlarınadək əyləndirəcəklər. Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu il konsert tədbirləri və ardınca davam edəcək əyləncəli gecə proqramları Bakı Kristal Zalında baş tutacaq.

Əfsanəvi İsveç Mafia Evinin qurucu üzvlərindən olan Axwell və Sebastian Ingrossonun birlikdə təsis etdiyi Axwell Λ Ingrosso DJ qrupu onlara incəsənət fəaliyyətində yeni zirvələr qazandırıb. Əldə etdikləri çox sayda “Grammy” mükafatı, DJ Mag Top 100-lüyündəki uğurları və treklərinin ard-arda Billboard və Beatport-da ən çox dinlənənlər arasında yer alması bu möhtəşəm DJ cütlüyünə bütün dünyada böyük maraq oyadıb.

2014-cü ildə Nyu-Yorkda təşkil olunan “Governors Ball” musiqi festivalında ilk əməkdaşlığa imza atan, hazırda Stokholmda fəaliyyət göstərən qrup üzvləri “Something New” adlı debüt sinqlının ardınca “On my way”, “Can’t Hold Us Down” və “Sun is Shining” adlı mahnıları ilə radio dalğalarını fəth edirlər.

Musiqiçi Pusha T-nin də iştirak etdiyi “This Time” adlı sinql 2015-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xeyriyyə tədbirində çıxış edən ulduzların konsertində eksperimental dönüş nöqtəsi idi. Bundan sonra qrup “Dream Bigger” adlı instrumental sinqlı ilə 2016-cı ilə start verir.

BAKU.WS