VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölkənin əsas ulduzu, xalq artisti pop diva Aygün Kazımova paylaşımı ilə hər kəsi mat qoyub.

BAKU.WS
xəbər verir ki, məşhur müğənni müəllimi Vaqif Gərayzadənin doğum gününü təbrik edib.

Belə ki, Kazımova instagram hesabında ölkənin əsas səhnəsi Heydər Əliyev sarayında 2002-ci il 5 may tarixində keçirilən “Gələrsiz, görərsiz” konsertindən görüntülər paylaşıb. Sözügedən videoda onun küsülü olduğu əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Elnarə Xəlilova, Natavan Həbibi, Samir Bağırov da olub. Kazımova paylaşdığı videoya bu şərhi yazıb: “Doğum gününüz mübarək, Vaqif Gərayzadə. Ey mənim dünyam, yaxşı ki, varsınız, yaxşı ki, varıq!”



Aygünün paylaşımına Natavan Həbibi “Gözəl qız” şərhini yazıb. Bir digər rəy isə müğənni Elnarə Xəlilovadan gəlib. O, “Nə gözəl vaxtlar, qırx dəfə baxdım” yazaraq öz rəyini bildirib.
Xalq artistinin bu addımı isə izləyicilər tərəfindən təəcüblə qarşılanıb. Onlar pop divanın bu hərəkətini təqdirəlayiq addım kimi qiymətləndiriliblər.

Əməkdar artist Röya Ayxan isə düşman kəsildiyi Aygün Kazımovanın paylaşımı ilə bağlı heç bir reaksiyiya göstərməyib. Aygünün digər qanlı bıçaq kəsildiyi əməkdar artist Tünzalə Ağayevadan isə hər hansı bir şərhin gəlməsi gözlənilən deyil, çünki dünən sənətçinin atası rəhmətə gedib.

Aygün Kazımovanın instagram hesabında paylaşdığı səs-küyə səbəb olan video görüntüləri sizə təqdim edirik:

Rəşad Əliyev
BAKU.WS