13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Müğənni Natavan Həbibi bir vaxtlar aralarından su belə keçməyən həmkarı Elnarə Xəlilova təngid atəşinə tutub.

BAKU.WS-in məlumatına görə, son günlər barışıqlara imza atan Natavan “ATV maqazin onlarla” verlişində həmkarının mahnılarını bəyənmədiyini açıq şəkildə etiraf edib!

“Münasibətin bura dəxli yoxdur. Mahnıdan söhbət gedir. Elnarə elə şeylər oxuya bilər ki... Oxusun. Mahnısı mənə çatmadı. Bu Elnarə deyil... Onun tərzini, imicini mən tanıyıram. Bunların iksini (Röya Ayxan və Elnarə - red.) məndən yaxşı tanıyan olmaz. Bir çox mahnılarında Elnarə özü deyil. Çalışır göstərsin ki, hər şeyi bacarıram. Səni tanıyırıq, kimə göstərirsən bunu? Elnarə özü də bilir ki, onun mahnısı deyil. Qayıdaq öz tərzimizə. Münasibətimiz yoxdur, amma musiqidən danışırq. Sənətə bir yerdə gəlmişik və bir yerdə gedəcəyik”.

Rəşad Əliyev
BAKU.WS