13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Bü gün səhnəmizin ayı, günəşi, estradamızın superstarı, xalq artisti Pop Diva Aygün Kazımova ad gününü qeyd edir. Milli pop musiqimizin ikonası Aygün xanımın 47 yaşı tamam olur!

Hər il özünə kraliçalara laiq, təmtərahlı ad günü məclisi quran Kazımova, bu il nədənsə ənənəsini pozub. O yalnız yaxın bildiyi dostlarını başına yığaraq kiçik ad günü keçirdib.

Aygün Kazımova 1971-ci ildə Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı" yarışmasında birinci yeri qazanlb. Buna qədər isə o, "Ozan" və "Aypara" qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub. Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilen "DAF BAMA Music Awards"ın mükafatçılarından olub.

Uzun müddət böyük arenada konsert verməyən xalq artisti, nəhayət şeytanın qıçını qırıb, bütün sevənlərini bir araya toplayıb "Crystal hall"da yaradıcılığının 30 illiyinə həsr edilən solo konsert verdi. Dünyanın məşhur musiqiçi, prodüser və rəqs qrupu ilə çalışan Kazımovanın sözügedən konserti günlərlə dillərdən düşməyib, şou biznesdə əsl olay yaratdı !

Ötən il yayımladığı "SUS" adlı mahnısı və ona çəkilən klipi isə aylardır dillər əzbəri olub və onluqlarda birinci yeri tutdu !

Bizdə BAKU.WS komandası adından xalqımızın sevilən artisti Aygün Kazımovanı təbrik edib, yaradıcılığında uğurlar arzu edirik !

Rəşad Əliyev
BAKU.WS