SİZİN REKLAM BURADA!
055 213 76 73



Hər zaman Sizə ən maraqlı və qaynar xəbərlərlə yanaşı eləcə də olay yaradan hadisələri olduğu kimi təqdim edən Baku.WS yenədə ənənəsinə sadiq qaldı!

Beləki, bir neçə həftə öncə xüsusi olaraq Nərgiz jurnalının 5 yaşı münasibəti ilə paytaxtımıza təşrif buyuran Türkiyənin SuperStarı Ajda Pekkanın BAKU.WS yeni özəl görüntülərini əldə edib!

Ölkənin əsas səhnəsi Heydər Əliyev sarayında fırtına qopardan Ajdanın "əjdaha" konserti hələ də danışılır və hər kəs tərəfindən müzakirə olunur ! Ürəkləri titrədən və qəlbləri oxşayan türk sənət dünyasının əfsanəsi Ajda Pekkan super hitləri ilə həmin gecə səhnədə tufan qopartdı !

Fit vücudu ilə top modellərə meydan oxuyan Pop Diva, 72 yaşında olmasına rəğmən, yenə də formada qalmasl ilə konsertə gələnləri heyran edib, matını qurutdu!

Nəinki super perfomansı ilə eləcə də səhnə geyimi ilə Ajda gecəyə öz damğasını vurdu! SuperStarın özəl gecəyə sevə-sevə seçib, geyindiyi uzun ağ libası isə onun nə gədər zövglü olduğunu bir daha isbat etdi!

Bu da öz aktuallığını illərdir qoruyub-saxlayan, səmimi və təvəzökar ulduz, SuperStar Ajda Pekkanın möhtəşəm konsertindən hələ uzun zaman yaddaşlara həkk olunacaq Baku.WS əldə etdiyi ən özəl video görüntülər!

Rəşad Əliyev
BAKU.WS