VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəylərdən mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.

V.Şükürov bildirib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib: "Müraciətin icraata qəbul edilib-edilməməsi yaxın günlərdə bilinəcək".

Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

BAKU.WS