36 yaşında vəfat edən aktrisa əsa ilə gəzirmiş
Ötən gün vəfat edən 36 yaşlı aktrisa Hayden Panettierenin ölümündən əvvəlki son görüntüləri ortaya çıxıb.
BAKU.WS "The Sun"a istinadən xəbər verir ki, o ömrünün son aylarında əsa ilə gəzmək məcburiyyətində qalıbmış.
Aktrisanın ölümündən bir neçə ay əvvəl çəkilmiş kadrları onun ağır fiziki əziyyətlər çəkdiyini göstərir.
Martda Los-Anceles beynəlxalq hava limanında keçmiş sevgilisi Brayan Hikersonla görünən Haydenin şiddətli bel ağrıları səbəbindən yeriməkdə çətinlik çəkdiyi və əsadan istifadə etdiyi diqqətdən yayınmayıb.
Yaxınlarının bildirdiyinə görə, aktrisa ömrünün sonuna qədər iflic qalmaq qorxusu ilə yaşayırmış.
Qeyd edək ki, amerikalı aktrisannın ölüm xəbərini ailəsi açıqlayıb. Onun hansı səbəbdən vəfat etdiyi isə bəlli deyil.
Panettierenin keçmiş nişanlısı və ukraynalı boksçu Vladimir Kliçkodan Kaya adlı bir qızı var.
Aktrisanın qardaşı Yansen Panettiere də 2023-cü ildə 28 yaşında böyümüş ürək və aorta qapağı xəstəliyi ilə əlaqəli ağırlaşmalar səbəbindən vəfat edib.
Qalereya
Oxşar xəbərlər
Rəmişin qardaşı vəfat etdi
Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) qardaşı Romik Hüseynov vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu sosial şəbəkə hes...