VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı Zaur Kamal canlı yayımda türkiyəli müğənni tərəfindən təhqir olunub.

BAKU.WS-in məlumatına görə, Zaur Kamal Xəzər TV-də yayımlanan “5-də 5” verilişinə türkiyəli müğənni Adil Karacanı dəvət edib.

Müğənni repertuarından mahnı ifa etdikdən sonra Zaur ona yaxınlaşaraq mahnını yenidən oxumasını istəyib. Səbəb kimi isə yayım zamanı yaranan problemin olduğunu deyib. Aparıcı müğənni ilə belə bir zarafat edib.

Adil Karaca bunu başa düşəndən sonra əli ilə Zauru göstərərək bu sözləri deyib: “Bundan adam olmaz. Görürsünüz, həmişəki adamdır, bundan adam olmaz”

Daha sonra müğənni qeyd edib ki, səhv başa düşmə Zaur, bu mahnının sözləridir.

Aparıcı Zaur isə heç bir söz deməyərək onu dinləyib.

BAKU.WS