Meyxana ustası Ağamirzə aparıcı Zaurun verilişində gözlənilməz hadisə ilə qarşılaşıb.

BAKU.WS-in məlumatına görə, verilişə dəvət edilən Ağamirzə aparıcının istəyini yerinə yetirməyə məcbur olub.

Belə ki, Zaur Kamal meyxana ustasını dəvət etməzdən əvvəl elan edib ki, bu gün Ağamirzənin ad günüdür.

“Tamaşaçılardan soruşuram, Ağamirzənin neçə yaşı tamam olur. Kim tapsa ona 50 manat veriləcək”, - deyə Zaur Kamal qeyd edib.

Qalib tamaşaçının pulunu isə Ağamirzə öz cibindən verməli olub.

BAKU.WS