13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Ötən gün “İkinci Pərdə” filminin qala gecəsi keçirilib. Filmin premyerasına bir çox məhşurlar qatılıb.

BAKU.WS məşhurların film haqqında təəssüratlarını sizlərə təqdim edir:

Süjet xətti xəyanət üzə qurulan filmin rejissoru Emil Quliyev, Baş prodüseri isə Orxan Mərdandır. Filmdə bəzi səhnələrdə söyüşlərdən geniş şəkildə istifadə olunub. Tamaşaçıların bu səhnələrə reaksiyası isə yəqin ki, yaxın zamanda özünü biruzə verəcək.

Sözügedən filmin baş rollarında isə Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir.

Qeyd edək ki, Emil Quliyevin daha öncə çəkdiyi "Pərdə" filmi qohum evliliyi, övlad-valideyn münasibətləri kimi ağır sosial mövzülara toxunmuş və izləyicilər tərəfindən birmənalı qarşılanmamışdır.

Zümrüd, Çinarə
BAKU.WS