Cennifer Lourens, Keyt Bosuort və Keyt Apton kimi məşhur adlardan sonra Günay Musayeva da xakerlərin qurbanı olub.
 
BAKU.WS məlumat verir ki, bu haqda Gunay Musayeva özü xəbər verib. Həyat yoldaşından ayrıldıqdan bir müddət sonra Günay Musayeva, məşhur kafelərin birində həmkarı ilə paparazilərin obyektivinə tuş gəlib. Modelin uzun müddət telefonla məşğul olması diqqət çəkib. Çıxışda jurnalistlərə müsahibə verən Musayeva, telefonla tez-tez məşğul olmasının səbəbi bir çox dünya ulduzları kimi onun da telefonunun xakerlər tərəfindən bloklanması olduğunu deyib.
 
Xakerlər onun şəxsi şəkillərini ələ keçirə biliblər. 
 
BAKU.WS