SİZİN REKLAM BURADA!
055 213 76 73



Mağənni Lalə Məmmədova ARB TV-nin "Düz bazar" verilişində qonaq olub.

BAKU.WS-in məlumatına görə, aparıcı Rövşanə Bektaşinin suallarına cavab verib. Aparıcı müğənni Afaq Aslanın soyunub gündəmə gəlməsinə Lalə Məmmədovanın münasibətini soruşub. Müğənni isə Afaq Aslanın şəklinə rəy yazdığını bildirib:

"Mən sənət adamı olaraq gözəllikdən zövq alan adamam. Ola bilər ki, bu gün mən soyunmaya bilərəm. Bu da mənim həyat tərzimdir. Amma bunu edən insanlara heç vaxt müdaxilə edə bilərəm. Şəkilləri görəndə altında yazdım ki, bunun sənətə heç bir aidiyyatı yoxdur. Əgər model kimi soyunursa, gözəl bədəni varsa, mən də bir qadım kimi ona baxıb zövq ala bilərəm. Mən yazmışdım ki, müğənni adından istifadə etməyin. Mənə çox təhqiramiz sözlər yazdı. Mənim haqqımda deyib ki, Lalə Məmmədova içki məclislərində evli kişilərin qucağında oturur". 

Nazim
BAKU.WS