SİZİN REKLAM BURADA!
055 213 76 73



"Əsgər Bala" uşaq musiqi qrupu yaradılıb.

BAKU.WS-in məlumatına görə, yeni yaradılan qrupun əsas missiyası və məqsədi uşaqlara vətənpərvərlik hissini aşılamaq, onlar arasında müntəzəm olaraq hərbi vətənpərvərlik mövzusunda musiqili-əyləncəli proqramlar təşkil etməkdir.

Sentyabrın 12-də isə "Əsgər Bala" uşaq musiqi qrupunun qarşıdakı müddət ərzindəki fəaliyyəti və görəcəyi işlərə dair media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransı Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq.

BAKU.WS