SİZİN REKLAM BURADA!
055 213 76 73


 
5 yaşlı Nuray Rəhman bir müddət əvvəl ifa etdiyi "İgid əsgər" mahnısına klip çəkdirib. 

BAKU.WS məlumat verir ki, bir zamanlar Şəmistan Əlizamanlının ifası ilə məşhurlaşan mahnını balaca Nuray yeni aranjımanla ifa edib. 

Klipdə Şəmistan Əlizamanlının səsi də yer alıb.

Mahnının söz və musiqisinin müəllifi Şahin Musaoğludur. Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə olunub. 

Qeyd edək ki, Nuray Rəhman "Azad Azərbaycan” televiziyasında yayımlanan "Azərbaycanın səsi bala” və Türkiyədə keçirilən "Bala Turkvizyon” musiqi yarışmasının qalibidir.

BAKU.WS