Şəmistan Əlizamanlı "20 yanvar" şəhidləri üçün oxudu (VİDEO)

Şəmistan Əlizamanlı 20 yanvar şəhidləri üçün oxudu (VİDEO)
Video
Şou-biznes 2257

 

Şəmistan Əlizamanlı uzun müddətdən sonra yenidən vətənpərvərlik mövzusunda klip çəkdirib. 

BAKU.WS məlumat verir ki, sənətçinin ifasında səslənən "Şəhidlər Xiyabanı"  mahnısının sözləri Anar Məmmədova, bəstəsi isə Namiq Zeynalova aiddir. Ekran işinin rejissorluğu gənc rejissor və musiqiçi Namiq Zeynalova həvalə olunub. Zeynalov yeni layihəsi barədə təəssüratlarını bölüşüb:  

"Bu layihə şəhidlərimizin unudulmaz xatirəsinə həsr olunub. Şəhidlərin məzarı xalqımızın cəsarət və qəhrəmanlıq simvoldur. Vətənpərvərlik mövzusunda mahnıları Şəmistan Əlizamanlının ifasında dinləmək dinləyicilərə daha xoşdur. Məhz elə buna görə ifanı ona həvalə etdim. Dünürəm ki, uğurlu seçimdir".

Layihənin müəllifi, gənc rejissor və musiqiçi Namiq Zeynalov "Şəhidlər Xiyabanı" mahnısının ilk ifaçısı olub. Mahnının ilk versiyası Türkiyənin TRT kanalında da yayımlanıb.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər