Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosedən danışıb. 

Axşam.az-ın məlumatına görə, "Xəzər Maqazin”ə açqılama verən rəqqasə Elşadla hələ ki yenidən bir araya gəlmək fikrində olmadığını deyib. O, Xosenin "Oksana bilir ki, mən film xətrinə də olsa, başqa qadınla öpüşmərəm. O da həmçinin” sözlərinə belə cavab verib: 

"Həyatımda bir kişini sevmişəm. O, mənim mən də onun xasiyyətini çox gözəl bilirəm. Baxmayaraq, 5 ildir boşanmışıq, bir-birimizdən ayrıyıq. Amma o çox gözəl bilir ki, mən ayrı bir adamla öpüşmərəm. Biz doğma insanlarıq ayrı-ayrı yerlərdə yaşasaq da, doğmayıq. Çünki sevgimiz möhkəm sevgi olub. Mən onu hələlik özümdə təsəvvür eləyə bilmirəm ki, biz yenidən bir yerdə olub, birlikdə yaşayarıq. Ayrılmağımızdan çox vaxt keçib, 5 il az vaxt deyil. Bir yerdə deyilik, hələ ki belə bir fikrimiz də yoxdur”.
 
Oksana Elşadın "İlk filmini çəkəndə məsləhətimə qulaq asmadı, istədim, başı daşa dəysin” sözlərinə isə belə münasibət bildirib:
 
"Mən o filmi çəkəndə heç kəslə - nə Elşadla, nə də ailəmlə məsləhətləşmişdim. Fikriləşdim ki, qorxu janrında filmdir, yenilik olar. Əslində yenilik də oldu. Çox gözəl, sanballı filmdir”. 

Qeyd edək ki, Elşad Xose keçmiş xanımının "Şər qarışanda” filmini uğursuz adlandırmışdı.
 
BAKU.WS