30 illik həsrətdon sonra doğma kəndə qayıdış: Abbasovlar ailəsi Zabuxa yola düşməyə hazırlaşır - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abbasovlar ailəsi yaxınları ilə sağollaşıb Zabuxa yola düşmək üçün saatları sayırlar. İndi onlar illər sonra yenidən doğma kəndlərinə qovuşacaqlar.
İllər öncə bu yaşayış məntəqəsindən çıxdıqları an dəhşət dolu səs-küylə yaddaşlarına həkk olub. Amma bu dəfəki səs-küy, sevinc və bundan irəli gələn həyəcandır.
Asif dayı Zabuxdan 37, həyat yoldaşı Qəribə xanım isə 34 yaşında ayrı düşüblər. O kədərli məqamları indi yada salmırlar.
Deyirlər ki, bu xoş gündə keçmişin ağrı-acısına qayıtmaq istəmirlər.
Axı işğal geridə qalıb. Laçın öz doğma insanlarına qayıdıb.
Məskunlaşdıqları Pirşağıdan Zabuxa doğru uzun yol gözləyir onları.
Bu dəfəki yolun sonunda Laçın var, ona görə də həyatlarının xoşbəxt keçəcəyinə zərrə qədər də şübhə etmirlər.
Daha ətraflı İctimai TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...