"O səs Türkiyə"nin növbəti buraxılışında Cənubi Azərbaycandan olan İbrahim Purkazemi səhnəyə çıxıb.
 
 
BAKU.WS məlumat verir ki, yarışmaya Təbrizdən qatıldığını deyən İbrahim "Ayrılıq" mahnısını ifa edib. İştirakçıya münsiflərdən Ebru Gündeş, Murad Boz, Gökhan-Hakan Ozoğuz dönüb.

İ.Purkazemi mahnını ikinci dəfə müğənni M.Bozla duet şəklində ifa edib. Sonda həmyerlimiz Gökhan-Hakan qardaşlarını seçərək yarışmaya onların komandasında davam etmək istədiyini deyib.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcılığı ilə yayımlanan "O səs Türkiyə" yarışmasının münsiflər kürsüsündə müğənnilər E.Gündeş, M.Boz, Gökhan-Hakan qardaşları və Hadisə təmsil olunur.
 
BAKU.WS