SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Prodüser Sultan müğənni Damlanın ünvanına sərt sözlər yağdırıb. O, müğənninin jurnalistlərə Almaniya konserti ilə bağlı dediklərinə münasibət bildirib.

BAKU.WS a24.az-a istinadən xəbər verir ki, prodüser sosial şəbəkədə ifaçını əməlli-başlı təhdid edib: "Ay mənim dolmam, sən jurnalistlərə nağıllar danışa bilərsən. Amma mən reallıqdan danışıram. Gör nə qədər məndən qorxmusan ki, bəzi yalanlarına açıqlama gətirməyi özünə borc bildin. Bunu yaxşı oxu! Əgər haqqımda bir kəlmə belə pis söz eşitsəm, bu dəfə ağacı dibindən kəsəcəyəm və səni "saxlayan" evli kişinin adını açıqlayacağam. Qoy həmin kişinin ailəsi, evində olan həyat yoldaşı hər şeyi bilsin. Üstəlik, onunla öpüşdüyün şəkilləri də paylaşacağam".

Qeyd edək ki, prodüser daha öncə də sosial şəbəkədə Damla haqqında bu cür paylaşımlar edib.
 
BAKU.WS