SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova atasının 60 illik yubileyi münasibətilə konsert verib. 

Axşam.az-ın məlumatına görə, "Lider Maqazin” konsert zamanı baş verənləri lentə alıb. Bu dəfə tamaşaçılar sırasında əyləşən A.Qasımov daha sonra qızını uğurlu konsert münasibətilə təbrik edib:
 
"Fərqanəni kənardan izləməməşidim. Fərqanə xanım bu gecə mənə o qədər ürək-dirək verdi ki, əhsən deyirəm. Fərqanəyə canım, həyatım hətta yerim də qurbandır". 

Heydər Əliyev adına Sarayda keçirilən konsertdə Alim Qasımov səhnəyə 3 yaşlı nəvəsi ilə çıxaraq muğam ifa edib. 

Qeyd edək ki, konsertin dirijoru Rüstəm Zeynallı olub. 
 
BAKU.WS