SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Aygün Kazımovaya vəzifə verilib.

 


BAKU.WS xəbər verir ki, müğənni Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.

Bu barədə Femida.az-a xalq artisti özü məlumat verib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb. 

Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayraq Meydanından start götürən "28 MAY - Respublika günü”nə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.
 
BAKU.WS