SİZİN REKLAM BURADA!
055 213 76 73



 

Azərbaycan kinosunda ilk tammetrajlı mistik-triller, "Xənnas" bir neçə gün sonra kinosevərlərə təqdim olunacaq.
 
BAKU.WS xəbər verir ki, istehsalçı şirkət "Dream Big Agency" bir neçə gün öncə filmin rəsmi treylerini təqdim etdi. Maraqla qarşılanan trailerin ardından rejissor Elvin Abdulla filmin rəsmi saundtrekinin reper Xpert-ə (Şəhriyar Atababayev) mexsus olduğunu açıqladı. Daha çox gənc nəslin diqqət mərkəzində saxladığı reper, hal-hazırda Amerika-da musiqi fəaliyyətini davam etdirir. Xənnas filminin saundtreki də eyni zamanda reperin yeni albomundan ilk sinqıldır.

Filmi gənc və istedadlı rejissor Elvin Abdulla ekranlaşdırıb. "Xənnas"da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıblar. Qeyd edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas"adlanır.
 
Filmin informasiya dəstəyi BAKU.WS saytıdır.

Qeyd edək ki, filmin qala gecəsi 4 may tarixində CinemaPlus kinoteatrlarında yayımlanacaq.
 
BAKU.WS