SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Azərbaycanın ilk qorxu filmi "Xənnas"ın rəsmi afişası təqdim edilib.

 

BAKU.WS xəbər verir ki, qala gecəsi mayın 4-də baş tutacaq qorxu filminin afişasını yaradıcı heyyət ərsəyə gətirib. 
 
Qeyd edək ki, hər kəsə adrenalin yaşadacaq filmi gənc və istedadlı rejissor Elvin Abdulla tərəfindən ekranlaşdırılıb. "Xənnas"da Zemfira Əbdülsəmədova, Hikmət Rəhimov, Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova və başqaları rol alıb.
 
Əlavə edək ki, filmin adı "Qurani-Kərim"də olan Nas surəsi ilə bağlıdır. Həmin surədə deyilir ki, "sığınıram Allaha, xənnaslıq edən şeytanın şərindən". Xənnaslıq istədiyini səndən almayınca əl çəkməyən varlığa deyirlər. Məhz buna görə film "Xənnas"adlanır."
 
Filmdə bədəninə cin girmiş insanların çıxardığı səsləri isə aktrisa Zarina Qurbanova səsləndirib. Aktrisanın məharətini aşağıdakı videoda izləyə bilərsiniz.
 
Aynur Ələkbərova
BAKU.WS