"ARB Ulduz”un "Şou-məkan” proqramının növbəti qonağı tanınmış müğənni Abdul Xalid olub.

Hər zaman qalmaqallardan uzaq olan sənətçi, bu dəfə əyri oturub düz danışmaqla çoxlarına yerini göstərib.

Müğənni son vaxtlar instaqramın canlı yayım funksiyasından qaçan müğənnilər barəsində danışaraq, bəzi reallıqlara aydınlıq gətirib: 

"Bu gün ifaçılar "İnstaqram”ın canlı yayımından qaçırlar. Çünki həmin vaxt saxtalıq üzə çıxır. Müğənnini 200 min adam izləyir, ancaq 20 nəfər canlı yayımdadı. Şükürlər olsun ki, mən heç nədən qaçmıram. Nəyim var, hamısı özüm kimi təbiidir”.

Daha sonra Abdul Xalid rus dilində mahnı oxuyub fanatlarının ixtiyarına verdiyindən söz açıb:

"Bizim ailədə bacım, qardaşım rus dilində təhsil alıblar. Ancaq mənim rus dilinə həvəsim olmayıb. Çox gözəl başa düşürəm, ancaq danışmağa həvəsim yoxdur. Bu mahnını oxuyanda ətrafımdakılar dedi ki, bəlkə, rus dilində oxumayasan. Aksent özünü göstərəcək. Mən də tərsliyimə salıb dedim ki, oxuyacam. Oxudum da”.

Müğənni rus dilində mahnı oxumaq bir yana, bəzi həmkarlarının heç öz dilimizdə mahnı oxuya bilmədiklərini də vurğulayıb:

"İfaçılar var ki, öz dilimizdə aksentlə oxuyurlar. Cümləni düz oxuya bilmirlər. Onda deyək ki, onlar oxumasınlar? Yenə də oxuyurlar axı. İfaçılar var ki, "c" hərfini belə düzgün tələffüz edə bilmirlər. Qəbul edirik. Çünki məcburuq”.

Sənətçi kimdən söz açdığını deməsə də, həmin insanı gözü götürmədiyini bildirib:

"Özümüzü gic yerinə qoymayaq. Guya bu, kapriz göstərir. Guya bunun başı dumanlıdır. Bunun problemi var. Hamının problemi var. Heç kəsin haqqı yoxdur ki, gəlib bəhanə edib desin ki, əsəbiyəm filan. Əsəbisən evdə, özündə maşında. Qarşındakına əsəbin aidiyyatı yoxdur.

Həqiqətən, elə oldu ki, o insan məni yola verdi. Onun beş qatını da qaytardım. Bilirsiz, hər kəs yerini bilməlidir.

O insanın problemi özündədir. Hansısa bahalı maşından düşür, kimsə bunu tənətənəli qarşılayırsa, nolsun ey. Nəticə etibarilə bir dəfə oxuyanda gözü camaatda qaldı ki, gəlin kömək eləyin mənə oxumağa. İnsanlar hamısı dedi ki, saxla.
Yalandan mən toya 20 minə gedirəm, 200 minlik maşın sürürəm. Allah min xeyirini versin. Sadəcə olaraq, o, iş deyil. Oxumaq qışqırmaq deyil. Ümumiyyətlə, insanın mədəniyyəti varsa, onun ifası da mədəni olacaq”.

Qeyd edək ki, "ARB Ulduz"  kanalını  Azərspace 1 peykində 11024 tezliyində,  polyarizasiya: (V), FEC 5:6,  symbol rate: 12698 izləyə bilərsiniz.
 
BAKU.WS