SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyorlar Tom Kruz və Keti Holmsun qızı Suri Nyu-Yorkda görüntülənib.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Page Six" saytında məlumat dərc olunub.

17 yaşlı Suri Kruiz şəhəri gəzərkən paparazzilərin obyektinə tuş gəlib.

Aktyorların qızı ağ köynək, boz idman şalvar, gödəkçə geyinib.

O, təbii gözəllik trendini dəstəkləyərək saçlarını at quyruğu yığıb və makiyajdan istifadə etməyib.

Jurnalistlər qeyd ediblər ki, Suri anasının gəncliyinə oxşayır. Lakin bəzi internet istifadəçiləri bu fikirlə razılaşmayıblar.

Qeyd edək ki, 2006-cı ilin noyabrında Tom Kruz aktrisa Keti Holms ilə evlənib. Toy İtaliyada olub və bundan altı ay əvvəl, 2006-cı il aprelin 18-də onların Suri adlı qızları dünyaya gəlib.

BAKU.WS
QALEREYA