SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin bir-birindən məşhur simaları bu il subaylığın daşını ataraq ailə həyatı qurublar.

BAKU.WS evlənən türkiyəli məşhurları təqdim edir:

Türkiyənin məşhur müğənnisi Hadisə bu il ailə həyatı quran məşhurlardandır. Sənətçi sevgilisi Mehmet Dinçerler ilə İstanbul “Çırağan” sarayında səssizcə evlənib.

Türkiyəli məşhur müğənni Mustafa Sandal da bu il 2-ci dəfə ailə qurub. İfaçı uzun müddətdir sevgili olduğu Melis Sütşurup ilə evlənib. Cütlük Türkiyənin Romadakı səfirliyində sadə bir məclisdə nikah bağlayıb.

Qeyd edək ki, Sandalın Emina Yahoviçlə olan 1-ci evliliyindən 2 oğlu var.

Türkiyənin reytinqli layihələrindən olan “Hercai” serialı ilə məşhurlaşan aktrisa Ebru Şahin nişanlısı basketbolçu Cedi Osman ilə bu il evlənən simalardandır. Cütlük Makedoniyada nikah bağlayıb.

Məşhur müğənni Seda Sayan bu il 7-ci dəfə evlənib. 59 yaşlı sənətçi 35 yaşlı musiqiçi Çağlar Öktenlə ailə həyatı qurub. Cütlük ailə üzvləri və yaxınlarının iştirakı ilə Beşiktaşdakı lüks hotellərin birində evləniblər.

2014-cü ildə yayımlanan "Kiraz mevsimi" serialında rol alarkən sevgili olan, Türkiyənin məşhur cütlüyü aktrisa Özge Gürel və həmkarı Serkan Çayoğlu bu il evlənib.

Onlar Almaniyada nikah bağlayıb.

Türkiyənin məşhur aktrisası Demet Özdemir də müğənni Oğuzhan Koç ilə bu il evlənib. Cütlüyün toyu İstanbulda otellərdən birində keçirilib. Özdemir toyunda 3 gəlinlik geyinib.

Qeyd edək ki, nikah mərasimində şahidlərdən biri Acun Ilıcalı olub.

Türkiyənin məşhur aktrisası Demet Evqar sevgilisi Levent Babataş ilə bu il ailə həyatı qurub. Qeyd edək ki, Evqarla Babataş 2016-cı ildən sevgilidir.

Türkiyənin məşhur teleaparıcısı Müge Anlı sevgilisi Şinasi Yüzbaşıoğlu ilə evlənib. Qeyd edək ki, bu, Müge Anlının 2-ci evliliyidir. Aparıcının Burhan Akdağ ilə ilk evliliyindən 1 qızı var.

Türkiyənin məşhur aktrisası Ege Kökenli sevgilisi Lior Ahituv ilə iki il öncə nişanlanıb.

“Yahşi Cazibe”, “Güneşin Kızları”, “Kalp atışı” kimi bir çox serialda rol alan Ege yeddi ildir sevgili olduğu Lior Ahituv ilə bu il nikah masasına oturub.

Türkiyənin  gənc ulduz aktyoru Selahattin Paşalı bu il hamilə sevgilisi Lara Tümer ilə evlənib. Cütlük Bodrumda ailə arasında təşkil olunan məclisdə nikah bağlayıb.

Qeyd edək ki, Selahattin “Netflix”də yayımlanan “Aşk 101”, “Pera Palas” kimi layihələrlə məşhurlaşıb.

Türkiyənin məşhur müğənnisi Petek Dinçöz bu il 3-cü dəfə evlənib. Sənətçi iş adamı Nida Büyükbayraktar ilə ailə qurub.

Qeyd edək ki, müğənni bir müddət öncə Serkan Kadıoğlu ilə 8 illik evliliyini bitirərək Amerikaya köçüb.

Məşhur müğənni Nihat Doğan da bu il yenidən ailə qurub. Sənətçi Arzu adlı fanatı ilə evlənib. Verilən məlumatlara görə, sənətçinin ailə həyatı qurduğu xanım iranlıdır.

Təxminən bir ildir birlikdə olan cütlük sadə nikah mərasimi ilə evlənib. Mətbuatda Arzunun hamilə olduğu bildirilirdi.

Türkiyənin məşhur aktrisası Gökçe Bahadır da bu il ailə quran məşhurlardandır. Sənətçi pianoçu Emir Ersoyla evlənib. Cütlüyün nikah mərasimində ailəsi və dostları iştirak ediblər.

Qeyd edək ki, G.Bahadır mərhum aktyor Kemal Sunalın oğlu Ali Sunalla 2011-ci ildə ailə qurub, 8 ay sonra boşanıb.

BAKU.WS