SİZİN REKLAM BURADA!
055 213 76 73


Lüks avtomobilin üstündə əyləşərək havaya pul atan, daha sonra belindəki tapançanı çıxardaraq pozalar verən sosial media fenomeni Aleyna Dalveren nəzarətə götürülüb.

BAKU.WS bu barədə "Haberler.com"a istinadən xəbər verir.

Belə ki, Aleyna sosial media hesabında pul ataraq rəqs etdiyi və belində gəzdirdiyi silahı dəbdəbəli maşının üstünə qoyduğu anların videosunu paylaşıb.

Videodan sonra İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin qrupları məsələ ilə bağlı araşdırmalara başlayıb.

Araşdırmalar zamanı Aleyna Dalverənin yaşadığı ünvanda əməliyyat təşkil edilib.

İnstaqramda 2,6 milyon izləyicisi olan Aleyna Dalveren nəzarətə götürülərkən ünvanında da axtarış aparılıb.

Axtarışlar zamanı saxta hesab edilən 1200 dollar, 250 avro, 50 manat, 50 Ukrayna pulu, pul sayan aparat, saxta polis maşınına giriş kartları aşkar edilib.

Dalverenin Dilan Polat və digər fenomenlərlə də təmasda olduğu müəyyən edilib.

BAKU.WS
VİDEO