Aparıcı Şəbnəm Həsənova ilə idman ustası Kamil Zeynallı arasındakı qalmaqala son qoyulub. 

BAKU.WS İstiPress-ə istinadən məlumatına görə, bunu Şəbnəm öz sosial hesabinda paylaşdığı videobağlantı ilə bildirib. 

O qeyd edib ki, şikayət ərizəsi yazibmış, amma bundan sonra Kamil Zeynalov aparıcı ilə telefon əlaqəsi yaradaraq ondan üzr istəyib. 

Aparıcı həmçinin canlı yayımda bildirib ki, aranı qızışdıran Kamildən ilk müsahibə alan xanım jurnalist olub.

Şəbnəm Həsənova telefon danışığında Kamil Zeynallının üzr istədikdən sonra "Çiynimdən bir daş götürüldü" deməsini də istehza ilə qarşılayıb. Facebook səhifəsində məhkəmədən imtina etdiyini videogörüntü ilə catdıran Şəbnəm sonra onun üçün narahat olan və yanında olan dost-tanışlarına təşəkkür edib. Həmin videomüraciəti sizə təqdim edirik:

Xatırladaq ki, aparıcı Şəbnəm Həsənovanın idman ustası Kamil Zeynallının təyyarədə paylaşdığı video ilə bağlı bildirdiyi tənqidi rəy tərəflər arasında qalmaqallı mübahisələrə səbəb olmuşdu.
 
BAKU.WS