SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əməkdar artist Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov  yenidən ailə qurub.

BAKU.WS musavat.com-a istinadən bildirir ki, o sosial şəbəkədə anası və  həyat yoldaşı ilə fotosunu paylaşıb və "Anam və həyat yoldaşım" şərhini yazıb.

Qeyd edək ki, bu evlilik Anarın 3-c evliliyidir. İlk evliliyindən bir oğlu olan A. Cəlilov 2008-ci ildə Röya ilə ailə qurub və Hüseyn adlı oğlu dünyaya gəlib. Cütlük 2014-cü ildə boşanıb. Röya isə Anardan sonra ailə qurmayacağını bildirib.  

A. Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur. Son olaraq o, mağazalar şəbəkəsində çalışan işçilərin əmək haqqını verə bilmədiyi və bu səbəbdən ölkədən qaçmağa hazırlaşması xəbərləri ilə gündəmə gəlmişdi.
 
BAKU.WS