Cennifer Lopez şad xəbəri verdi: Ben Afflek ilə birgə...

Cennifer Lopez şad xəbəri verdi: Ben Afflek ilə birgə...
Şou-biznes 4

Cennifer Lopez fevralın 16-da işıq üzü görəcək yeni albomu üçün film çəkib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, müğənni filmin ssenarisini əri Ben Affleklə birlikdə yazıb.

Məlumata görə, Lopez 2002-ci ildə çıxardığı və karyerasının dönüş nöqtələrindən biri olan "This Is Me… Then"in 20-ci ildönümündə elan etdiyi yeni albomunu "This Is Me… Now" adını verib.

54 yaşlı müğənni yeni albomu üçün xüsusi olaraq "This Is Me… Now: The Film" layihəsini elan edib.

Rəqəmsal platformada yayımlanacaq film və albom 16 fevral 2024-cü ildə təqdim olunacaq.

"This Is Me… Now" Cennifer Lopezin son iyirmi ildə keçdiyi emosional, mənəvi və psixoloji yollardan bəhs edəcək. Albomda Lopezin həyatı və təcrübələrindən bəhs edən mahnılar yer alacaq.

Son xəbərlər