Engin və Dilan Polat cütlüyünün vəkili də həbs edildi

Engin və Dilan Polat cütlüyünün vəkili də həbs edildi
Şou-biznes 2

Türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı, iş adamı Engin Polata qarşı əməliyyatla bağlı yeni detal üzə çıxıb.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata görə, haqlarında həbs qərarı olan, lakin qaçaq sayılan 13 şübhəlidən biri saxlanılıb.

Həmin şəxsin Polat cütlüyünün vəkili Haydar Enes Çetinkaya olduğu bildirilib.

Qeyd edək ki, Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb. Saxlanılanlar arasında Engin Polatın nənəsi Zehra Yılmaz da olub.

Lakin Yılmazın polis bölməsində ifadəsi alındıqdan sonra prokurorluğun qərarı ilə səhhətində yaranan problemlə əlaqədar sərbəst buraxıldığı məlum olub.

Oxşar xəbərlər

Engin və Dilan Polat cütlüyü Türkiyədən qaçıb?

Engin və Dilan Polat cütlüyü Türkiyədən qaçıb?

Haqqlarında irəli sürülən ittihamlarla əlaqədar istintaq başladıldığı və mal varlıqları müsadirə olunduqdan sonra ölkədən qaçdıqları iddia olunan türkiyəli sosi...

0 Şou-biznes 11:36 25 oktyabr 2023

Son xəbərlər