SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyəli müğənni Rafet El Roman ötən gün Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. 
 
BAKU.WS xəbər verir ki, Nahid Emiloğlunun təşkilatçılığı ilə keçirilən konsertdə tarzən və müğənni Humay Qədimova "Bayatı Şiraz" muğamından bir parça səsləndirib. 
 
Ardınca isə türkiyəli müğənni Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısını ifa edib.
 
Konsertdən sonra Nahid Emiloğlu, Rafet El Roman və Humay Qədimova birlikdə şam yeməyi yeyiblər.
 
Aysel.Ş
BAKU.WS