Azərbaycanlı müğənni Safurə Əliyeva "İnstagram” bloqunda yeni fotosunu paylaşıb. 

BAKU.WS-in məlumatına görə, ölkəmizi "Eurovision" yarışmasında təmsil etmiş müğənni həyat yoldaşı, energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə və oğlu ilə birlikdə olan şəklini bölüşərək, "Ailə” sözünü yazıb.

Digər bir şəkildə isə S.Əliyeva oğlunun əlinin fotosunu paylaşıb.
 
Qeyd edək ki, ailə qurduqdan sonra müğənnilikdən uzaqlaşan və İstanbulda yaşayan S.Əliyevanın bir oğlan övladı var. O, Türkiyədə gözəllik salonu və rəsm qalereyası açıb.
 
Sözügedən fotoları oxuculara təqdim edirik:
 
Aysel.Ş
BAKU.WS