SİZİN REKLAM BURADA!
055 213 76 73



Evli məmurdan hamilə qalan Şəbnəm Tovuzlunun ötən gün doğum günü olması ilə bağlı məlumat vermişdik.

BAKU.WS xəbər verir ki, hazırda 6 aylıq hamilə olan müğənni "İnstagram” bloqunda hər kəsdən gizlədiyi sevgilisinin əli görünün videonu paylaşıb.
 
O, həmin şəxsin üzünün görünməsində maraqlı olmadığını açıq-aşkar sezdirib. Bununla belə, Şəbnəm izləyicilərinə çox xoşbəxt olduğunu nümayişkaranə formada təqdim edib.

Videolardan birinə o, "Bütün xanımlarımıza mənim kimi sevib-sevilməy, xoşbəxt olmağı arzu edirəm. Həmişə ürəyiniz açıq, niyyətiniz gözəl olsun ki, həyatınız da gözəl olsun” – qeydini yazıb.
 
Həmin videoları oxucuların diqqətinə çatdırmazdan öncə xatırlatmaq istəyirik ki, Ş.Tovuzlu bir müddət öncə uşağının atası haqda məlumat vermişdi. Onun evil, həmçinin tanınmış məmur olduğunu demişdi.
 
Əlavə edək ki, Ş.Tovzulunun gələn ilin martında oğlu olacaq.
 
Aysel.Ş
BAKU.WS