VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Zaur Kamalın aparıcılığında Xəzər TV-də yayımlanan "5/5" verilişinin bu günkü buraxılışı təxirə salınıb.

BAKU.WS xəbər verir ki, bu haqda məlumatı "Facebook” profilində xalq artisti Faiq Ağayev status yazaraq bildirib. O, deyib ki, bu gun həmin verilişdə efirə çıxacaqmış. Amma bunu könülsüz edəcəyini düşünürmüş:

"Səhərdən özümə yer tapa bilmirdim. Axı bu dönəmdə efirə necə çıxım? Mümkün deyildi. Dənizdə baş vermiş faciə ilə bağlı yayım təxirə salındı. Xəzər TV rəhbərliyinə bu günkü efir düzənini ümumən dəyişdiyinə görə minnətdaram. Allah neftçilərimizə yar və yardımçı olsun!”
 
Xatırladaq ki, 15 dekabr tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Nəticəsə 9 neftçi itkin düşüb, birinin isə meyiti tapılıb.
 
Allah rəhmət eləsin!
 
Aysel.Ş
BAKU.WS