SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur türkiyəli müğənnilərin Yeni il gecəsi Bakıdakı çıxışları üçün alacaqları qonorar bəlli olub. İstiPress-in məlumatına görə, Yeni il gecəsi səhnəyə çıxacaq türk ulduzları astronomik qonorarlar tələb edirlər.

Hadisə bu ili Azərbaycanda qarşılacaq. Ötən ilki konserti baş tutmayan ifaçı Bakı Olimpiya Stadionunda səhnəyə çıxacaq. O, iki saatlıq konsert üçün 375 min lirə (192 min manat) pul alacaq. Hadisə ilə yanaşı həmin gecə Bakı səhnəsində Demet Akalın, Ozan Doğulu, Berksan, Murat Dalkılıç da səhnəyə çıxacaq. Demet Akalın bir saatı 250 min liraya (128 min manat) razılaşıb. 

Pop musiqisinin kraliçalarından daha biri hesab edilən Hande Yener 2017-ci ili məşhur otellərdən birində qarşılayacaq. O, bunun üçün 200 min lirə qonorar tələb edib. 

Serkan Kaya Kiprdəki konserti üçün 180 min lirə (92 min manat) alacaq. 

Berkay "Sheraton Grand İstanbul"dakı çıxışı üçün 140 (70 min), İrem Derici isə Ankara konserti üçün 125 min lirə (64 min) qazanacaq. 
 
BAKU.WS