“Qoşa Qala” restoranı Azərbaycan mətbəxinin unudulmuş yeməklərini üzə çıxarır (FOTOREPORTAJ)
01
sen
2017
14:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün İçəri Şəhərdə Azərbaycan mətbəxinin unudulmuş yeməklərinin festivalı keçirilib. BAKU.WS-in məlumatına görə, festivalda həlim aşı, təngab, Məkə şorbası (Günəş şorbası), Zərgi çörəyi, Yeznə qalın (şirniyyat), Tər halva, Balva, Müşənbə plov kimi mətbəximizin unudulmuş yeməkləri nümayiş etdirilib. Turistlər bu yeməkləri dadaraq mətbəximizin unudulmuş nümunələri ilə tanış olublar. “Qoşa Qala” restoranının baş aşbazı Zamiq Gözəlov bildirib ki, restoranları festivalda həlim aşı və Yeznə qalın ilə təmsil olunub. “”Qoşa Qala” restoranı Azərbaycanın unudulmuş yeməklərini taparaq onları hazırlayıb müştərilərinə təqdim edir. Restoranımıza qonaq olan turistlər bu yeməkləri dadaraq çox razı qalırlar”, - deyə baş aşbaz bildirib. Festivala Bakının sakinləri ilə yanaşı turistlər də qatılıblar. Onlar Azərbaycan mətbəxinin unudulmuş təamları haqqqında yüksək fikirdə olublar. TuncayBAKU.WS 


















Oxşar xəbərlər
"Qoşa Qala" restoranında ailəvi istirahət üçün əla fürsət: Uşaqlar üçün Oyun otağı (FOTO)
Qoşa Qala restoranı öz mənzərəli gölləri və Yay "besedka"sı ilə ailənizlə istirahət üçün ideal məkandır. İndi siz uşaqlarınız oyun otağında rahat oynayan zama...