Azərbaycanlı gənc ifası ilə Türkiyədə hər kəsi kövrəltdi (VİDEO)

Azərbaycanlı gənc ifası ilə Türkiyədə hər kəsi kövrəltdi (VİDEO)
Video
Şou-biznes 3085
Azərbaycanlı gənc tələbə Türkiyədə "TRT Müzik" kanalında yayımlanan musiqi yarışmasında 1-cı yerə çıxıb. İfa etdikləri mahnıları verilişin "instagram" hesabında yerləşdirdikdən sonra yüzlərlə insan arasında seçilərək canlı efirə çağırılan ən yaxşı 5 ifaçıdan biri də Fərhad Rəhimli olub.Fərhad Rəhimlinin ifası ilə yarışda duyğusal anlar yaşanıb. Jüri üzvü olan müğənni Koray Avcı və verlişin aparıcısı Duyqu Atakan göz yaşlarını saxlaya bilməyiblər.Müsabiqənin şərtlərinə əsasən, qalib gələn iştirakçı jüri müğənni ilə duet etmək şansı qazanır. Fərhad da bu şansı qazanaraq bəstəkar, musiqiçi və musiqi şərhçisi Koray Avcı ilə duet edib.5 illik vokal təhsili də olan Fərhad Rəhimli öz üzərində işləyərək Azərbaycanın klassik bəstəkar mahnılarını dünyada tanıtmaq və təmsil etmək istəyir.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Son xəbərlər