SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyəli məşhur aktyor Tamer Karadağlı ARB TV-nin "Türk şou-maqazin” verilişinə maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, sevilən aktyor yeni çəkiləcəyi serial haqda danışıb:

"Nənəmlə babam azərbaycanlıdır. Onlar Azərbaycandan Türkiyəyə gəliblər. Nənəm Gəncədəndir. Azərbaycanla bağlı hər şey mənim üçün çox vacibdir, çünki atalarımın torpağıdır. Azərbaycanda da çəkildiyim serialların sevildiyini görmək çox xoşdur. Oradan kimsə gələndə çox sevinirəm”.

Türkiyəli aktyor Azərbaycana gəlmək istədiyini də açıqlayıb:

"Əmim oğlu 3 il Bakıda yaşadı. Amma mən Azərbaycana heç gedə bilmədim. Ən yaxın zamanda sizin ölkəyə gələcəyəm. Qohumlarımın arasında azərbaycanlı adı olanlar var. Qohumumun birinin adı Azər, digərinin Baycan, digərinin isə Arazdır”.

Tamer Karadağlı bildirib ki, Azərbaycan yeməklərindən başqa yemək yemir: 

"Azərbaycan yeməkləri ilə böyümüşəm. Mənim anam azərbaycanlı deyil, amma 50 il o ailənin içində olduğu üçün bütün yeməkləri bişirməyi öyrənib. Sırf yemək üçün olsa belə, Azərbaycana gələcəyəm. Qohumlarım Azərbaycan telekanallarını izləyirlər, Türkiyə kanallarını deyil. Azərbaycan ləhçəsi ilə danışırlar. Mən də vərdiş olaraq "Çocuklar duymasın" serialında bəzi səhnələrdə Azərbaycan dilində danışmışam".

Aktyor daha sonra "Arzu qızım" mahnısını da oxuyub. Tanınmış aktyor ailəsi ilə bağlı da açıqlama verib:

"Arzu həm də mənim keçmiş həyat yoldaşımın adıdır. 10 ildir ayrılmışıq. Amma görüşürük, çünki bir qızımız var. Onlar indi Ankarada yaşayırlar. Qızım konservatoriyada dərslərə başlayıb. Qolumda qızımın adının döyməsi var, Zeyno yazdırmışam. Əslində, döymə sevən biri deyildim. 40 yaşımdan sonra döymə vurdurdum. İstədim ki, qızımın adı həmişə mənimlə olsun".

Aysel.Ş
BAKU.WS